İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığının heç bir tərəfə qarşı olmadığını bildirib.

"Unikal" xəbər verir ki,  bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvada İSNA-a  açıqlamasında deyib. 

"Müdafiə sahəsində əməkdaşlıq ikitərəfli əməkdaşlığın gündəm mövzularından biridir, üstəlik, o, heç bir üçüncü ölkəyə qarşı yönəlməyib", - o, ifadə  edib. 

Qeyd edək ki, Abdullahiyan bu  gün Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək. Tərəflərin regional və beynəlxalq məsələləri müzakirə edəcəyi, nüvə sazişi üzrə danışıqlara dair fikir mübadiləsi aparacaqlarl gözlənilir.  

Gülayə Mecid