Kolumbiyanın Norte de Santander bölgəsində hərbi bazaya edilən hücumda 9 kolumbiyalı əsgər həyatını itirib, 8-i isə yaralanıb.

"Unikal" xəbər verir ki, Kolumbiya hökumətindən verilən açıqlamada Marksist Milli Azadlıq Ordusu (ELN) partizanlarının El Karmendəki hərbi bazaya təşkil etdiyi hücumda 9 Kolumbiya əsgərinin şəhid olduğu, 8 əsgərin isə yaralandığı qeyd edilib. Hücumun Kolumbiya prezidenti Qustavo Petronun ölkədə davamlı sülhü təmin etmək üçün Milli Azadlıq Ordusu ilə danışıqlarından sonra baş verməsi diqqət çəkib.