Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürüb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev nəzarətə götürülən yüksəkliklərin çox əhəmiyyətli olduğunu bildirib:

"Azərbaycan Ordusunun Cağazur və Zabux kəndləri arasında yerləşən hakim yüksəklikləri, əsas və yardımçı yolları nəzarətə götürməsi Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini inşa etməsi ilə nəticələnəcək.

Bu, Ermənistandan Azərbaycan ərzilərinə şəxsi heyətin, silah-sursatın və minaların daşınmasının qarşısını alacaq. Digər tərəfdən isə, Azərbaycan Ermənistanla sərhəd olan ərazilərin çox vacib bir hissəsinə nəzarəti öz əlinə götürmüş olacaq", - deyə o qeyd edib.

Murad İbrahimli