Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter dənizə məcburi eniş edib.

"Unikal" xəbər verir ki,  bu  barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki,  "Denizkurdu-2/2025" təlimi çərçivəsində Antalya sahillərində uçuş fəaliyyəti həyata keçirən Hərbi Dəniz Qüvvələrimizə məxsus SH-70 helikopteri texniki nasazlıq səbəbindən dənizə təcili eniş edib. Helikopterdə vəzifə yerinə yetirən 4 nəfər şəxsi heyətin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb. 

Gülayə Mecid