Liviya Milli Razılıq Hökumətinin təcili tibbi yardım mərkəzi Tripolidə silahlı toqquşmalarda 6 nəfərin öldüyünü bildirib.

"Unikal" xəbər verir ki, bu  barədə Liviya mətbuatı məlumat dərc edib. 

"Vəziyyət nisbətən sabitləşdikdən sonra Əbu Səlim bölgəsində toqquşmaların baş verdiyi yerlərdən altı qurbanın cəsədi çıxarılıb", - KİV qeyd edib. 

Daha əvvəl  Liviya Milli Birlik Hökumətinin Müdafiə Nazirliyi hərbi əməliyyatın başa çatdığını açıqlamışdı.