
ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub.
APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tərəflər fəaliyyətdə olan sədrin bu ilin iyununda Cənubi Qafqaz ölkələrinə turnesi çərçivəsində Azərbaycana səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. Bundan başqa, söhbət zamanı ATƏT-in Bakı ofisinin statusu ilə bağlı məsələyə də diqqət yetirilib.