Bakıda cəzaçəkmə müəssisəsinə narkotiki şalvara hopturulmuş üsulla keçirmək istəyiblər.
"Unikal" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.
Oğurluq və soyğunçuluq ilə əlaqədar azadlıqdan məhrum edilmiş şəxsin yanına qısamüddətli görüşə gələn qohumunun gətirdiyi sovqata baxış keçirilən zamanı orada olan şalvarın balağının tikiş hissəsinə hopturulmuş ümumi çəkisi 0,01 qram olan narkotik maddə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.