Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin tviter səhifəsində məlumat paylaşılıb.

Qeyd olunub ki, dövlət başçıları cəbhədə vəziyyəti və Ukraynanın “sülh formulu”nu müzakirə ediblər.

“Emmanuel Makron ilə bir saatlıq söhbətdə Ukrayna və Fransanın müdafiə sahəsində qarşılıqlı əlaqəsini təfsilatı ilə və nəticə etibarilə səmərəli müzakirə etdik. Cəbhədəki vəziyyət barədə onu ətraflı məlumatlandırdım”, - deyə Zelenski bildirib.