Belarusun Borisov şəhərindən olan Alyona Rovba 20 ildir ki, dünyanın müxtəlif ölkələrindən kukla kolleksiyası toplayır.

"Unikal" “Sputnik Belarus” saytına istinadən xəbər verir ki, onun kolleksiyasında hazırda 3500-dən çox kukla var.

Kolleksiyanın ilk yüzlüyü kifayət qədər çətin yığılıb. Sonradan qohumlar, dostlar, tanışların tanışları Alyonanın qeyri-adi hobbisindən xəbər tutaraq, öz çardaq və zirzəmilərində kisələrdə atılıb qalan köhnə kuklaları ona veriblər. Kolleksiyada olan ən qədim kukla tanınmış Kemmer və Raynhard alman fabrikində 1905-1910-cu illərdə istehsal olunub.

Oyuncaqlara bələd olmaqdan ötrü Alyona eksponatların uçotunu aparır. Onun arzusu Borisovda şəxsi kukla muzeyini açmaqdır. O əmindir ki, obyekt turistlərin cəlb edilməsində mərkəz rolunu oynaya bilər.