"Fox" telekanalında yayımlanan "Yasak elma" serialının heyətində dəyişiklik edilib.
"Unikal" xəbər verir ki, ekran işində rol alan aktyor Emre Kızılırmak layihədən ayrılır. O, serialda "Selim Avcıoğlu" obrazına həyat verirdi.
Bundan başqa, "Handan" obrazını canlandıran aktrisa Şebnem Dönmezin ssenari dəyişikliyi edilərək finala qədər layihədə qalacağı bildirilib.
Qeyd edək ki, layihənin baş rollarını aktrisalar Eda Ece və Şevval Sam canlandırır. Ekran işi 9 bölümdən sonra final etməyə hazırlaşır