Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Megastore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə "Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib.
"Unikal" xəbər verir ki, Xətai rayonunda keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən 288 ədəd işlənmiş batareya, ümumi tutumu 275 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırırıq.
Qeyd edək ki, ting paylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar Nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.