İrəvanda polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində kriminal aləmdə “Noratuslu Alik” ləqəbli "qanuni oğru" saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Əsl adı Alik Banduryanla yanaşı Mher Petrosyan, Misak Paşikyan, Armen Sadıxyan və Papin Beybutyan da polis tərəfindən nəzarətə götürülüb. Məlumata görə, adıçəkilən şəxslər qanunsuz olaraq silah-sursat saxlamaq və gəzdirməkdə əsaslı şübhə ilə saxlanılıblar.
Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb.
Gülayə Mecid