Taliban hakimiyyəti altında olan Əfqanıstanda qadınlara qarşı təzyiq və məhdudiyyətlər günü-gündən artır.
"Unikal" xəbər verir ki, əfqan qadınlarına Birləşmiş Millətlər Təşkilatında işləmək qadağan edilib.
BMT-nin baş katibi Antonio Qutterres qərara reaksiya verib."Taliban administrasiyası əfqan qadınlarına BMT-də işləməyi qadağan edib. Taliban BMT-yə yazılı açıqlama verməyib, şifahi açıqlama verib".
Təşkilat bu qərara reaksiya göstərərək, "BMT Əfqanıstanda qadın işçilər olmadan işləyə bilməz və ehtiyacı olanlara həyat qurtaran yardım göstərə bilməz".
BMT-nin baş katibi Antonio Qutterres “Qadağa qəbuledilməzdir” deyə bildirib. O, Talibanı dərhal geri çəkilməyə və qadınların iş, təhsil və hərəkət azadlığını məhdudlaşdıran bütün tədbirləri geri götürməyə çağırıb.