Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstana rəsmi səfərə gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan lideri Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkə başçısı Qazaxıstan prezidentinin dəvəti ilə respublikaya səfər edəcək. Səfər çərçivəsində dövlət başçılarının Astanada dar və geniş tərkibdə görüşləri keçiriləcək. Əliyev və Tokayevin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlığın inkişafının əsas məsələlərini müzakirə edəcəyi qeyd olunub.
Ağarza Elçinoğlu