"Dünən İranın 4 nəfər diplomatı casusluq fəaliyyətinə görə “persona-non-grata” (“arzuolunmaz şəxs”) elan edilib. Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus, intriqa yuvası bağlanmalıdır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq-mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir.
"Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılmalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə də əmmaməsi üçündür".
Anar Kəlbiyev