"Zəngəzur dəhlizinin açılmasına Ermənistan razılıq vermişdi, lakin iki dövlətin təzyiqindən sonra imtina etdi. “Məni hansı aqibət gözləsə də sülh müqaviləsini imzalayacam” deyən Paşinyanı devirməyə qalxanlardan biri də İran idi. Naxçıvanla kommunikasiyaların açılması nəinki 42 km-lik yolu, bütövlükdə Ermənistanı Zəngəzur dəhlizinə çevirəcəyini nəzərə alaraq, İran Paşinyana ultimatum verdi".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Amerika səfirliyinin İrəvandakı 2000 nəfərlik personalı fonunda İranın Ermənsitanda güclü casus şəbəkəsi, dövlət idarələrində möhkəm dayağı və külli miqdarda maliyyəylə fəaliyyət göstərən vətəndaş fəalları var:
"Ona görə də Naxçıvana kommunikasiyaların açılması nəinki 42 km-lik yolu, bütövlükdə Ermənistanın özünü Zəngəzur dəhlizinə çevirəcəyini nəzərə alaraq, İran Paşinyana ultimatum verdi, hərbi və iqtisadi şantaj etdi. Sonra İrəvanla Şuşa bəyannaməsinə oxşar hərbi müttəfqilik sazişini irəli sürdü. Lakin Paşinyan Qərbyönlü kursa xələl gələcəyindən qorxaraq və Avropa Birliyindən gözlədiyi 2.6 milyard avronu itirməmək üçün Tehrandan məsafəli davranır. Yoxsa, bir millət iki dövlət formuluna cavab olaraq, İranla Ermənistan “iki millət, bir dövlət” olduqlarını irəli sürərlər. İran ordusu Ermənistan sərhədlərini havadan və peykdən qoruyur. İran narahatdır ki, Azərbaycan Naxçıvanla birləşən kimi, Ermənistanla 28 km-lik sərhəd bağlanacaq və o, Qafqazdan təcrid olunacaq. Sən demə, İranın Qafqazla min illik sərhədi Azərbaycana verildiyi üçün Zəngəzur Ermənistandan ayrılıb. Sual olunur, məgər Rusiya imperiyasına məğlubiyyətin günahı biz azərbaycanlılardadır?".
Anar Kəlbiyev