Türkiyəli müğənni Sibel Canın qızı Melisa Ural ailə həyatı qurur.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Melisa Alaattin Kadayıfçıoğlu ilə nişanlanıb.

Qeyd edək ki, Melisa Sibelin Hakan Uralla evliliyindən olan qızıdır. Bir müddət əvvəl müğənninin oğlu Engin Can Ural da evlənmişdi.