"Təklif edirəm ki, qəbul etdiyimiz qanunlara izahedici, aydınlaşdırıcı əlavələr hazırlayaq və qanunla bərabər də qəbul edək. Qanunu vərəqləyən xalqın sadə nümayəndəsi anlaşılmazlıq yaradan, yaxud vəzifəli şəxsin sui-istifədəsinin və qanunu öz məkrli maraqlarına uyğun şərh edən vəzifəli şəxslərin önünü kəssin".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, vətəndaş 15-20 il bələdiyyə torpağına sahib olub, ev, kommersiya obyekti tikib, amma onun üzərində mülkiyyət və icarə hüququnu təmin edə bilməyib.
"Gəlin qəbul edək ki, qəbul etdiyimiz qanunları bəzən heç özümüz düz-əməlli anlaya bilmirik. Çünki hər birimizin fərqli ixtisası, təcrübəsi və ekspertiza sahəsi var. Sadə insanlar isə ümumiyyətlə baş çıxara bilmir. Ona görə də təklif edirəm ki, qanunlara əlavələr hazırlayaq və orada dəyişikliklərin tətbiq sahələri, həyata keçirilmə mexanizmləri, fərdlərə və mülkiyyətçilərə aid ayrı-ayrı torpaq sahələri ilə bağlı məqamlar açıq-aydın göstərilsin".
Anar Kəlbiyev