Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən bildirilib.

Telefon danışığı zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il və 31 oktybar 2022-ci il tarixli üçtərəfli bəyanatların icrası, o cümlədən regional nəqliyat xətlərinin açılması müzakirə edilib.

N.Paşinyan və V.Putin Laçın yolundakı durum barədə də danışıblar.