Türkiyəli aktrisa Nebahat Çehre karyerasını sonlandıracağını açıqlayıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, müsahibəsi zamanı "Yeni bir layihə gözləyirəm, hazırlıqları gedir. Yaxşı iş olarsa, ona başlayacağam. İzləyicilərim mənim üçün darıxır. Onlara gözəl vida etmək istəyirəm" deyə, söyləyib.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Yuvamdakı düşman" serialında rol alıb.