Rusiyanın Krasnoyarsk vilayətinin Berezovski rayonunda kömürlə yüklənmiş səkkiz vaqon relsdən çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Axşam saatlarında baş verən qəzada tələfat qeydə alınmayıb. Hadisə yerinə Krasnoyarskdan bərpa qatarı göndərilib. 

Hadisənin başvermə səbəbləri araşdırılır. 

Ağarza Elçinoğlu