İran İslam Respublikasının texniki heyəti yaxın günlərdə Səudiyyə Ərəbistanına rəsmi səfər edəcək.
"Unikal"
xəbər verir ki, İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası və səfirliklərin açılmasından sonra Səudiyyə Ərəbistanının texniki heyəti dünən səfər etmək üçün Məşhədə gəlib. Bazar günü nümayəndə heyəti onun Tehrandakı səfirliyinə də baş çəkib.

Xəbər mənbələrinə görə, İranın texniki heyəti Tehranın Ər-Riyaddakı səfirliyini ziyarət etmək üçün Səudiyyə Ərəbistanına gedəcək.