Afrikadan Avropaya keçməyə çalışan 18 qeyri-qanuni miqrant Aralıq dənizinin mərkəzi hissəsində batıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Aralıq dənizində xilasetmə əməliyyatları həyata keçirilərkən 2 cəsəd tapıb.
Xilas edilən miqrantlar, digər qayıqda olan 18 nəfərin dənizdə itdiyi bildirib. Mühacirlərin Fil Dişi Sahili, Qvineya, Kamerun və Seneqaldan olduğu qeyd olunur.
Ağarza Elçinoğlu