Tunisdə yüzlərlə insan ölkə prezidenti Kays Səidin əmri ilə 20-yə yaxın müxalifət liderinin həbs edilməsinə etiraz edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müxalifət partiyalarından olan 300-ə yaxın etirazçı Tunis bayraqlarını dalğalandırıb və mitinqdə həbs olunanların fotolarını daşıyıblar.

Fevralın əvvəlindən ölkə hakimiyyəti 20-dən çox dissident və xadimi, o cümlədən siyasətçilər, keçmiş nazirlər, iş adamları, həmkarlar ittifaqı fəalları və Tunisin ən populyar radiostansiyası olan Mosaique FM-in sahibini həbs edib.

Yerli və beynəlxalq insan haqları qrupları həbsləri tənqid edib.

Gülayə Mecid