Dünyaca məşhur qolfçu Tayqer Vudsun 1997-ci ildə Masters turnirində 9 yaşlı uşağa hədiyyə etdiyi qolf topu hərraca çıxarılıb. 

"Unikal" xəbər verir ki,  bu  barədə BBC məlumat yayıb. 

Bildirilir ki, martın 27-də 500 dollarlıq ilkin təkliflə hərraca çıxarılan top 64 min 124 dollara satılıb.