Türkiyənin Çorum vilayətində məscidə silahlı hücum olub. 

"Unikal" Türkiyə KİV-ə  istinadən xəbər verir ki,  naməlum şəxs təravih namazından çıxan vətəndaşları tüfənglə atəşə tutub. Hadisə nəticəsində 6 nəfər yaralanıb. 

Əraziyə polis və  təcili yardım cəlb edilib.  Hadisəni törədən 30 yaşlı şəxs isə saxlanılıb. Onun barəsində cinayət iş açılıb. Araşdırma aparılır.