Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Moskvada danışıqları zamanı “Belarusun tam təhlükəsizliyini təmin etmək üçün” dövlətlərarası xarakterli normativ hüquqi aktın hazırlanmasını təklif edib.

"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə deyib.

"Belarusa hücum olarsa, Rusiya Federasiyası Belarusu öz ərazisi kimi qoruyacaq. Bizə məhz bu lazımdır”, - deyə o bildirib.

Görüşdə, həmçinin birləşmiş müttəfiq qrupun döyüşə hazırlığı və koordinasiyası məsələləri müzakirə olunub.

Gülayə Mecid