Temperaturu

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, gecə və səhər bəzi yerlərdə duman, mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 5-8 isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Martın 16-da bölgələrdə də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 6-15 gündüz, 18-23, bəzi yerlərdə 27 dərəcəyədək isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.

Martın 16-da və 17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.