Əməkdar artist Vasif Məhərrəmli "7 canlı" verilişinə qonaq olub.
"Unikal" xəbər verir ki, müğənni proqramda yol hərəkət qaydalarını pozması ilə bağlı etiraflar edib.
Məhərrəmli ona ünvanlanan "153 manat cəriməniz var" sözlərinə belə reaksiya verib:
"Bir ay əvvəl 30 radarımı ödəmişəm. Hamısı da sürət həddini aşmağıma görə idi. İndi 153 manat borcum var. Bir ay əvvəl bu verilişə gəlsəydim, borcumu göstərsəydiniz, proqram bitən kimi maşınımı həbsə aparacaqdılar".