ABŞ Prezidenti Co Bayden ikinci müddətə seçilmək üçün prezident seçkilərinə qatılacağını bildirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə NBC telekanalına müsahibəsində deyib.
İkinci müddətə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını söyləyən Bayden: "Mən qatılmağı planlaşdırıram, ancaq hələ ki, bunu elan etməyə hazır deyilik", - deyə ifadə edib.