Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu 4-cü Suriya Sammitinin may ayında Moskvada keçiriləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, Çavuşoğlu, ABŞ-dan F-16-ların tədarükü ilə bağlı Bayden rəhbərliyinin səy göstərdiyini bildirib.
Çavuşoğlu Misirlə normallaşma prosesini vurğulayaraq, "Liderlər səviyyəsində bir görüş seçki sonrası ola bilər" -deyib. Çavuşoğlu İsrailin Məscid-i Əqsaya hücumlarına da toxunaraq, "İsrailin atdığı addımlar bizi narahat edir" -deyə nazir bildirib.
Çavuşoğlu Ermənistanla münasibətlərdə səfir təyinatının hazırda gündəmdə olmadığını vurğulayıb.