Ötən il Azərbaycanda nə qədər adam boşanıb?
13:59 15-03-2013
CƏMİYYƏT
“Ötən il ərzində Azərbaycanda 78 min 480 nikah qeydiyyata alınıb”.
Unikal.org-un məlumatına görə, bunu Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib.
İ. Məmmədov ötən il ərzində bağlanan nikahlardan 11 min 182-nin pozulduğunu da bildirib: “Bütün bu saylar nisbidir. Bir il artır, digər il isə azalır. Doğumun sayında da bu cürdür”.
İ. Məmmədov ötən il ərzində 1932 nəfərin xarici vətəndaşla nikah bağladığını açıqlayıb: “Nikah bağlanan əcnəbilər arasında Türkiyə və İran vətəndaşları üstünük təşkil edir”.
İdarə rəisi onlara daxil olan şikayətlərin əsasən, bürokratik proseslərlə bağlı olduğunu da deyib: “Bizə şikayət edirlər ki, notarius bizdən daha çox sənəd tələb edir. Ona görə də bununla bağlı məlumat köşkləri yerləşdirmişik. Bizim də müəyyən nöqsanlarımız olur. Bunları aradan qaldırmaq üçün mütəmadi olaraq tədbirlər həyata keçiririk”.
İ. Məmmədov 2012-ci il ərzində Azərbaycanda populyar olan adları da açıqlayıb: “Oğlan adları arasında Yusif, Əli, Hüseyn, Məhəmməd, qız adları arasında isə Zəhra, Nuray, Fatimə və Aylin üstünlük təşkil edir”.
Digər Xəbərlər
2024-10-31 22:45:52
2024-10-31 21:29:55
2024-10-31 19:54:39
2024-10-31 19:30:56
2024-10-31 19:07:34
2024-10-31 19:05:00
2024-10-31 18:29:37
2024-10-31 18:16:27
2024-10-31 17:37:34
2024-10-31 17:21:00
2024-10-31 16:11:00
2024-10-31 15:25:00
2024-10-31 15:05:00
2024-10-31 14:52:28
2024-10-31 14:33:20
2024-10-31 14:27:27
2024-10-31 14:24:00
2024-10-31 14:20:51
2024-10-31 14:13:00