"Ailə quranda diqqət etməlisən. Hər qazanın öz qapağı var. Mən hər şeydən xətt çəkdim, ailəni seçdim. Övladım var, peşman deyiləm. Amma hər kəs yorğanına görə ayağını uzatsa, yaxşı olar".
"Unikal" xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova "MTV maqazin"ə açıqlamasında deyib.
"Qızlar, ailə həyatı quranda bir az yuxarıdan kimisə seçin, biznesmen olsun. Həm şəxsiyyəti, həm mənliyi, həm də pulu olsun. Yalan sözdür, deyirlər, soğan-çörək ye, amma xoşbəxt ol. Onunla xoşbəxtlik olmur. Bir gün, iki gün soğan yeyəcəksən, sonra deyəcək, soğan iyi gəlir. Pul da yoxdur, nə edəsən? Elə adam var ki, pulu var, amma mənliyi, şəxsiyyəti yoxdur".