
ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfərinin dəqiq tarixi məlum olub.
Unikal.org-un məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov səfərin aprelin ilk həftəsində gerçəkləşəcəyini bildirib. Nazir həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşünün hələlik gündəmdə olmadığını deyib: “Parisdə hər iki ölkənin nazirlərinin görüşü Ermənistandakı prezident seçkiləri ilə əlaqədar baş tutmadı. Buna görə də həmsədrlər nazirlərlə ayrı-ayrılıqda görüşdülər”.