Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 9 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 4 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.

"Unikal" xəbər verir ki, ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 2 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Bolmart" market

Binəqədi rayonu, 7-ci mkr

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

Osmanov Vasif Nəsrəddin oğluna məxsus market

Xaçmaz şəhəri, H.Əliyev küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi 
3.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

3

"Hanımefendi" market

Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi    

Apteklər

4

"Dokta 929" aptek

Xaçmaz şəhəri, R.Behbudov küçəsi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması       

İctimai iaşə müəssisələri

5

"İst Food" restoranı

Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

6

 "Təbriz" kafesi

Qazax rayonu, Xanlıqlar kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi