İnam Kərimovun Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti kimi fəaliyyəti dayandırılıb.
AAAF-dən "Unikal"a verilən məlumata görə, bu qərar onun Ali Məhkəmənin hakimi və sədri təyin olunması ilə əlaqədar qəbul edilib.
Qurumun Ümumi Yığıncağının növbəti Seçki Konfransında yeni prezident seçiləcək.
Qeyd edək ki, İnam Kərimov ötən ilin fevralından bu vəzifədə çalışırdı.