ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi Rusiya Federasiyası ilə əlaqələrə görə 20-dən çox ölkədən 120 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

"Unikal" xəbər verir ki, müvafiq bəyanat ABŞ Nazirliyinin saytında dərc olunub.

Xüsusilə, yeni məhdudiyyətlər Rusiya Federasiyası baş nazirinin müavini Marat Xusnullinə, “Yunarmiya” Ümumrusiya hərbi-vətənpərvərlik ictimai hərəkatına və “Meqafon” şirkətinə şamil edilib.

ABŞ dövlət katibi Entoni Blinkenin sözlərinə görə, Dövlət Departamenti “Yunarmiya” və “Krımpatriottsentr” təşkilatlarına qarşı sanksiyalar tətbiq edib, çünki onlar “Rusiyanın məktəbliləri hərbiləşdirmə və təlqin etməklə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozmaq səylərini dəstəkləyir ” .

Sanksiya siyahısına ruslarla yanaşı, Macarıstan, Kipr, İtaliya, Avstriya və başqalarının vətəndaşları, həmçinin BƏƏ, Özbəkistan, Türkiyə, Çin və s.-də qeydiyyatdan keçmiş şirkətlər daxildir.

Sanksiyalar siyahıda olan qurum və şəxslərlə ixrac və digər əməliyyatların məhdudlaşdırılmasını nəzərdə tutur.

Bir neçə gün sonra Blinken bildirib ki, Vaşinqton Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünü “əhəmiyyətli korrupsiyada” ittiham edərək ona qarşı sanksiyalar tətbiq edib.