Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Oğuzhan Koçla həyat yoldaşı, aktrisa Demet Özdəmir boşanır.

"Unikal" xəbər verir ki, cütlük məsələ ilə bağlı "Instagram"da paylaşım edərək məlumatı təsdiqləyib. 

"Evliliyimizin bir müddətdir yolunda getməyib, sonlandırma qərarı almağımız doğrudur. Qarşılıqlı sayqı və razılaşma çərçivəsində aldığımız bu qərarın ailəmiz və böyüklərimizə təsir edəcəyinin fərqindəyik. Onları incitmədən bu prosesi sonlandırmaq istiqamətində əlimizdən gələni edirik" deyə, cütlüyün yayımladığı rəsmi açıqlamada yazılıb.

***09:19

8 ay əvvəl nikah masasına oturan Demet Özdemir və Oğuzhan Koç cütlüyü boşanmaq qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb. 

Oğuzhan Qoçla evliliyində yaşadıqları problemləri həll edə bilməyən Demet Özdemir Zekeriyaköydəki evinə qayıdıb. Boşanmağa qərar verən və bunun üçün hərəkətə keçən cütlükdən hələlik açıqlama yoxdur.