Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Lənkəran şəhərində keçirilib.
"Unikal" Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinə istinadən xəbər verir ki, təbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ziyalılar və şəhərin ictimai fəalları iştirak ediblər.
Taleh Qaraşov təhlükəsizlik orqanlarının keçən əsrin 50-60-cı illərində görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin səyləri ilə özünün intibah dövrünə qədəm qoyduğunu vurğulayıb.
Digər məruzəçilər də öz növbələrində Heydər Əliyevin doğma xalqı və Vətəni yolunda müstəsna xidmətlərindən söhbət açıblar.
Tədbirin sonunda DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli film nümayiş etdirilib.