Cənubi Koreya millisinin və İngiltərənin "Tottenhem" komandasının ulduz futbolçusu Son Xın Min karyerasını ABŞ-da davam etdirəcək.
"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat verib. Onun sözlərinə görə, 33 yaşlı hücumçu "Los Anceles" klubu ilə anlaşıb.
MLS təmsilçisi bu transfer üçün London klubuna 15 milyon avro təzminat ödəyib. Keçidin yaxın günlərdə rəsmi olaraq açıqlanacağı bildirilib.
Qeyd edək ki, Son Xın Min 2015-ci ildən "Tottenhem"də çıxış edirdi.