Yaponiyanın Kyuşu adasında baş verən zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.
"Unikal" xəbər verir ki, bu barədə NHK telekanalı Yatsuşiro Tibb Mərkəzinin məlumatlarına istinadən məlumat yayıb .
Zəlzələ yollara və körpülərə ziyan vurub, binaların uçmasına və elektrik kəsintilərinə səbəb olub. Bəzi ərazilərdə yanğınlar baş verib.
İyulun 28-də Yaponiyanın Kyuşu adasında 7,1 bal gücündə zəlzələ baş verib. Ariake körfəzi sahilləri və Yatsuşiro dənizi üçün sunami xəbərdarlığı verilib.
***12:12
Yaponiyanın cənub-qərbində 7,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Kumamoto prefekturasında, təxminən 10 kilometr dərinlikdə olub. Ariake və Yatsuşiro dənizlərində sunami xəbərdarlığı edilib.





















.jpg)
















.jpg)












