Yekaterinburqda döyülən alim Nikita Zezinin ölümü ilə bağlı cinayət işi açılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Kənd təsərrüfatı elmləri doktoru və Rusiya Elmlər Akademiyasının Ural filialının Ural Federal Aqrar Tədqiqat Mərkəzinin direktoru Nikita Zezinin ölümü iyulun 28-də elan edilib. Bundan əvvəl ona hücum edilmişdi.

13 iyulda o və Qanunvericilik Məclisinin üzvü Vyaçeslav Veqner tarlaları və əkinləri araşdırarkən bir nəfər alimin başına zərbələr endirib. Doqquz gün sonra o, infarkt keçirib.

Qeyd edək ki, Vladimir Putin 2024-cü ildə Zezinə "Rusiya Federasiyasının Əməkdar Kənd Təsərrüfatı İşçisi" fəxri adını verib.

Ağarza Elçinoğlu