Hər il 28 iyul tarixi bütün dünyada Ümumdünya Hepatit Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi virus hepatitləri haqqında cəmiyyətin məlumatlılığını artırmaq, erkən diaqnostikanın və vaxtında müalicənin əhəmiyyətini diqqətə çatdırmaqdır. 

Virus hepatitləri qaraciyərin iltihabi xəstəlikləridir və uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Xüsusilə hepatit B və hepatit C vaxtında aşkar edilmədikdə qaraciyər sirrozu, qaraciyər çatışmazlığı və qaraciyər xərçəngi kimi ciddi fəsadlara səbəb ola bilər. Məhz buna görə də risk qrupunda olan şəxslərin mütəmadi müayinədən keçməsi böyük əhəmiyyət daşıyır.

Diaqnoz Tibb Mərkəzinin baş həkiminin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov "Unikal"a bildirib ki, virus hepatitləri müasir tibbin imkanları sayəsində erkən mərhələdə aşkar edilə və effektiv şəkildə nəzarətdə saxlanıla bilir.

“Bir çox hallarda xəstə uzun müddət özündə heç bir narahatlıq hiss etmir. Yorğunluq, iştahasızlıq, ürəkbulanma, sağ qabırğaaltı nahiyədə ağırlıq hissi və dərinin saralması kimi əlamətlər xəstəliyin irəliləmiş mərhələsində meydana çıxa bilər. Buna görə də profilaktik müayinələr, laborator analizlər və qaraciyərin müasir görüntüləmə üsulları erkən diaqnoz üçün ən etibarlı vasitələrdir.”

Hepatit B-yə qarşı peyvənd xəstəlikdən qorunmanın ən təsirli üsullarından biridir. Eyni zamanda təhlükəsiz tibbi və kosmetoloji prosedurlar, steril alətlərdən istifadə və sağlam həyat tərzi virusun yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Diaqnoz Tibb Mərkəzində virus hepatitlərinin diaqnostikası və izlənməsi üçün ən müasir tibbi imkanlardan istifadə olunur. Mərkəzdə ən yeni nəsil elastoqrafiya cihazı vasitəsilə qaraciyərin sərtliyi və fibroz dərəcəsi qeyri-invaziv üsulla, yüksək dəqiqliklə qiymətləndirilir. Müayinələr təcrübəli və peşəkar radioloqlar tərəfindən həyata keçirilir.

Bundan əlavə, süni intellekt dəstəkli müasir laboratoriyada virus hepatitlərinin aşkarlanmasına yönəlmiş geniş spektrli laborator analizlər, o cümlədən yüksək dəqiqlikli PCR analizləri, peşəkar laborant heyəti tərəfindən beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə icra edilir. Bu yanaşma xəstəliyin erkən mərhələdə müəyyən edilməsinə, müalicənin düzgün planlaşdırılmasına və nəticələrin etibarlılığının artırılmasına imkan verir.

Diaqnoz Tibb Mərkəzində hepatoloq müayinəsi, müasir laborator diaqnostika, elastoqrafiya və fərdi müalicə yanaşmasının birgə tətbiqi sayəsində xəstələrə kompleks tibbi xidmət göstərilir. Vaxtında qoyulan düzgün diaqnoz qaraciyərin sağlamlığının qorunmasına və ağırlaşmaların qarşısının alınmasına mühüm töhfə verir.

Unutmayın: Hepatit haqqında məlumatlı olmaq, müayinədən keçmək və profilaktik tədbirlərə əməl etmək həm öz sağlamlığınızı, həm də yaxınlarınızı qorumağın ən vacib addımlarındandır.

Çağrı mərkəzi: 904
Mobil: +994 55 754 43 03
Veb-sayt: www.diaqnoz.az

Diaqnoz Tibb Mərkəzi
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 38C