28 iyul gecəsi Moskva bölgəsi kütləvi dron hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə şəhər meri Sergey Sobyanin məlumat yayıb.
Onun sözlərinə görə, on saat ərzində paytaxta 390-dan çox PUA uçub, onlardan 81-i yaxınlaşarkən məhv edilib. Bir dron Çexovda çoxmənzilli binaya dəyib və iki mənzilə ziyan vurub. Səlahiyyətlilər xəsarət alanların olmadığını bildiriblər.





















































