Astroloqların 28 iyul – 3 avqust həftəsi ilə bağlı proqnozlarına görə, bu günlər bəzi bürclər üçün maliyyə imkanları, karyera yüksəlişi və şəxsi həyatda uğurlu dəyişikliklərlə yadda qalacaq.

"Unikal" xəbər verir ki, həftənin ən şanslı bürcləri sırasında Şir, Buğa və Oxatan yer alır. Şir bürcü nümayəndələri yeni iş imkanları və uğurlu qərarlarla diqqət çəkəcək. Buğalar maliyyə baxımından sabitlik əldə edəcək, gözlənilməz gəlir və sərfəli təkliflərlə qarşılaşa bilərlər. Oxatanlar isə həm şəxsi, həm də peşəkar həyatda sevindirici xəbərlər ala bilərlər.

Maddi qazanc baxımından Qız, Oğlaq və Buğa bürcləri ön plana çıxır. Astroloqlar bildirirlər ki, bu bürclər üçün əlavə gəlir əldə etmək, maaş artımı və ya yeni əməkdaşlıqlar baxımından əlverişli dövr başlayır.

Sevgi həyatında isə Şir, Tərəzi və Balıq bürclərini romantik görüşlər və münasibətlərdə müsbət dəyişikliklər gözləyir. Dolça bürcü nümayəndələri üçün isə həftə karyera və şəxsi inkişaf baxımından uğurlu hesab olunur. Yeni layihələrə başlamaq, işgüzar əlaqələri genişləndirmək və gələcək maliyyə imkanlarının əsasını qoymaq üçün əlverişli dövr olduğu bildirilir. 

Bununla yanaşı, Əkizlər, Xərçəng və Əqrəb bürclərinə maliyyə və şəxsi münasibətlərdə tələsik qərarlar verməmək, emosiyalarını nəzarətdə saxlamaq tövsiyə olunur.