Əməyin mühafizəsi sahəsində bilik və bacarıqların artırılması məqsədilə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü ilə keçirilən maarifləndirici görüşlər davam edir.

"Unikal" xəbər verir ki, növbəti görüş Xətai Rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasına üzv tibb müəssisələrində əməyin mühafizəsinə cavabdeh əməkdaşların iştirakı ilə baş tutub.
Görüş zamanı səhiyyə müəssisələrində təhlükəsiz iş mühitinin təşkili, peşə risklərinin idarə olunması, əməyin mühafizəsi üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti ətrafında geniş müzakirələr aparılıb.

Tədbirdə iştirakçılar əməyin mühafizəsi üzrə aktual məsələlər, praktiki yanaşmalar və tətbiq olunan yeniliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.