Çilinin cənubundakı ucqar dağın zirvəsində "Google Maps"dən istifadə edərək aşkar edilən sirli üz ufoloqları və sosial media istifadəçilərini heyrətə salıb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat dərc edib. 

Dağın fotosunu ilk dəfə Scott S. Waring yayımlayıb. O, belə təsvirlərin qədim yerdənkənar sivilizasiyalarla əlaqələndirilə biləcəyi nəzəriyyəsini irəli sürüb. Ufoloqun nəşri internetdə diqqət çəkib. Bir çox istifadəçi bunun saxta olduğunu, digərləri isə yadplanetlilərin üzünü əks etdirdiyini yazıb. 

Hələlik sözügedən fotoya ekspertlər münasibət bildirməyiblər. 

Qartal gözlü Google Xəritə istifadəçiləri Çilidə dağın zirvəsində sirli bir sima gördülər