Oğuzda kafedə bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 39 yaşlı Sahil Məhərrəmov aralarında yaranmış mübahisə zamanı tanışı, 34 yaşlı Cavid Əhmədova bıçaqla xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb.
Seymur Əli