“Barselona” klubunun gənc hücumçusu Ansu Fati mövsümün sonunda komandasını dəyişə bilər.
"Unikal" xəbər verir ki, gənc forvardın əsas heyətə düşə bilməməsi onun Kataloniya klubundan ayrılmaq ehtimalını yüksəldir.
“Mançester Yunayted”, “Arsenal” və “Bavariya”dan sonra daha bir komanda 21 yaşlı oyunçunun keçidində maraqlıdır.
Qeyd edək ki, Ansu Fatinin “Barselona” ilə müqaviləsi 2027-ci ilə qədərdir.