Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıblar.
"Unikal" xəbər verir ki, Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyevdan ibarət kollektiv halqa ilə çıxışlarına görə həlledici raunda yüksəlib.
Qeyd edək ki, Dünya Kuboku aprelin 17-də başa çatacaq.